Tebriz Evladi

2006-05-27

Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq,
Nasıl çıxar qaranlıqlar aydınlığa...?!

2006-05-22

Bugün TEBRİZ Ayağa Qalxdı.

Yaşasın qehreman
TÜRKLERİMİZ.

2006-05-16

Boyuk toplanti Tebriz universitesinde

Bu yazını eziz bir kimse ki toplantıda huzuru varıdı yazıp . men onu değışmeden bura qoyuram. Uğurlar olsun düşünceli cevanlara.


Boyuk toplanti Tebriz universitesinde:

“Iran” ruznamesinde bir karikator chap olunub ki orda turklere tohin olub. Yazilib “Susk”lar yani suserilerle mubarize uchun chox yollar var. biri bu ki gerek onlarin oz dili ile bilelerile danishmaq, ki elbette onların 80 fayizi oz deillerini bacarmirlar, ve bashqa dillerde danishirlar. Bes bu “susk”larinan ki oz dillerinide bilmirler nece danishmaq olar? Yanindaki karikatordada adam bir suserile uz be uz oturub ve birsozler ona deyir, suseride basha dushmeyib deyir: “NEMENE?” … Bir terefdende Iranin futbol milli taximinin adini “Setaregan-e Parsi” qoyublar…

OLAYLAR UNIVERSITEDE (DETAILLERLE):

Bunlara etiraz uchun bugun Tebriz universitesinde Azerbaycanin obiri universitelerile birlikde bir boyuk ve medeni aksiya kechdi. 4000 oyrenciye yaxin bu merasimde varidilar. Toplantiya yigishanlar evvelde Tebriz universitesinin en boyuk salonu “Vehdet” talarinin qabaginda toplanib ve shuar vermeye bashladilar, sonra bala bala “Vehdet Talar”ina sari gede gede shuar vermaga devam etdiler. Minlerce yazi ve plakard qaldirmishdilar. Shuarlar bele idiler:

“Yashasin Azerbaycan”
“Ruznameye fashisti – tetil bayed gerded”
“Ey mellethaye Iran – ittihad ittihad”
“Azerbaycane canbaz – kimliyinden ayrilmaz”
“ishiq hele sonmeyib – Ana dilim olmeyib”
“ishiq hele sonmeyib – Azerbaycan olmeyib”
“Shuare her Azeri – Hoviyyet hoviyyet”
“qeshqayi Azerbaycan Turkemen – ittihad ittihad”
“menim dilim olen deyil – fars diline donen deyil”
“merg ber shovunizm” “merg ber fashizm” “merg ber panfarsizm”
“HARAY HARAY MEN TURKEM”
Ve s…

Bunlar hamisi Talarin eshikinde kechdi ve sonra qet’nameni ki Tebriz bilimyurdunun oyrencileri terefinden bu meseleye bagli yazilmishdi oxudular. Sonrada talara girmemishden once “Azerbaycan sensen menim…”mahnisini oxundu. Talara kechdik. Orada azad tribun qoydular ve neche nefer gedib danishdilar. Bir Fars qiz da milletlerini haqlari elde olunmalidir, ve hamimiz birik ve iranliyik deyerek de danishdi ki cema’atin ichinden qarshilandi ve onun sozlerini kesib idamesine icaze vermediler. Neche danishiqdan sonra “Rehberi nehadinin numayendesi” gelib ve danishdi!... bunlar hamisi bu haldaidi ki azerbaycan sozu ve milletchilik sozleri oyranciler terefinden merasimin bashabashinda alqishlanirdi… merasimin sonundada yene “Azerbaycan sensen menim…” mahnisi oxundu. Bu etirazlar esasinda bir 10-15 metrlik Tumarda imzalanib ki Rehber ve hukumet bashchilarina gonderilecek. … chox medeni ve shurlu toplanti oldu. Damarda qaynayan qanlar biryere yigishib ve obiri Azerbaycanli qizlar ve oglanlarin isti qanlarinida qaynatdilar. Bu merasimde demek olar qizlar ve oglanlarin sayi bir olardi.

2006-04-24


Eşq,
Ləzzəti birlikdə
Kədəri ayrılıqda
Umudu sabahda
Və Sevinci ürəkdə yaşadır.

2006-04-05

YANDIRILAN KİTABLAR

(İran irticaçıları Azərbaycan dilində olan kitabları vəhşicəsinə yandırırlar)

















Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu...
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu.

Min kamalın şöhrətidir, min ürəyin arzusu...
Yandırdığın o kitablar alovlanır...Yaxşı bax!
O alovlar şölə çəkib şəfəq salır zülmətə...
Şairlərin nəcib ruhu məzarından qalxaraq,

Alqış deyir eşqi böyük, bir qəhrəman millətə;
O alovlar şölə çəkib şəfəq salır zülmətə...
Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,
De, onları heç duydumu sənin o daş ürəyin?

Hər gəraylı pərdəsində min ananın qəlbi var...
Hər şikəstəm övladıdır bir müqəddəs diləyin;
De, onları heç duydumu sənin o daş ürəyin?
Söylə, sənmi xor baxırsan mənim şer dilimə?

Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!
Sənmi "türkəxər" deyirsən ulusuma, elimə?
Dahilərə süd vermişdir Azərbaycan gözəli,
Qoca Şərqin şöhrətidir Füzulinin qəzəli!

Cəllad! Yanıb od olsa da, külə dönməz arzular,
Təbiətin ana qəlbi qul doğmamış insanı!
Hər ürəyin öz dünyası bir səadət arzular,
Qanlar ilə yazılmışdır hər azadlıq dastanı...

Təbiətin ana qəlbi qul doğmamış insanı!
Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq...
Hər torpağın öz eşqi var, hər millətin öz adı.
Kainata dəyişmərəm şöhrətimi bir anlıq,

Mənəm odlar ölkəsinin günəş donlu övladı!
Hər torpağın öz eşqi var, hər millətin öz adı!
Nədir o dar ağacları, de kimlərdir asılan?
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?

Dayan!...Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan.
Boğazından yapışacaq onun qadir pəncəsi,
Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?
Cəllad! Sənmi, de, qırırsan fədailər nəslini?

Millətimin saf qanıdır, qurd kimi içdiyin qan!
Zaman gəlir...mən duyuram onun ayaq səsini;
Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan.
Millətimin saf qanıdır, qurd kimi içdiyin qan!...

Bir varaqla tarixləri, utan mənim qarşımda,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?
Koroğlunun, Səttarxanın çələngi var başımda.
Nəsillərin qoymayacaq daş üstündə daşını,
Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Sür atını, dördnala çap! Meydan sənindir...ancaq
Mən görürəm al geyinib gələn bahar fəslini...
Qoca Şərqin günəşidir yarandığım bu torpaq,
Mən yetirdim al bayraqlı inqilablar nəslini,
Mən görürəm al geyinib gələn bahar fəslini!

" SƏMƏD VURĞUN "

2006-02-26

Səlam Çoxdandır bura baş vurmamışam, səbəbsiz de deyil. Neyse ... Amma fevralın 21in əldən verməyimə çox üzüldüm. Hərne olsa bizim millətə ən əhəmmiyyətli günlərin biridir.
Mikayil müşfig dən bir şeir, çox qısa zaman ömrü sürdü(1908-1939) amma özündən böyük yadigarlar qoyub.



Həyat Sevgisi

Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşınadan necə əl çəkim?

Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?

Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi,
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?

Təbiət varlıdır, təbiət xəsis,
Işlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?

Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəklilər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?

Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?

Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdar bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şerdən, xülyadan necə əl çəkim?

Ulduzlar fikrimin çıraqbanıdır,
Bulud xəyalımın karıvanıdır.
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?

Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən Məcnun könlüm maraqla sordu:
—Bu saçı leyladan necə əl çəkim?

Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
—Həyat, həyat!—deyə çırpınır könül,
Könüldən, sevdadan necə əl çəkim?

Sən aldın aşını yeni hisslərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söylədim, mən bu hünərdən,
Bu təbi valadan necə əl çəkim?

2005-12-31

HƏMRƏYLİK

Bugün Dünya Azərbaycanlıların Həmrəylik günüdür.
Birliktə bugünü qutlayaq və birliyimizə səs verək.