Səlam Çoxdandır bura baş vurmamışam, səbəbsiz de deyil. Neyse ... Amma fevralın 21in əldən verməyimə çox üzüldüm. Hərne olsa bizim millətə ən əhəmmiyyətli günlərin biridir.
Mikayil müşfig dən bir şeir, çox qısa zaman ömrü sürdü(1908-1939) amma özündən böyük yadigarlar qoyub.
Həyat Sevgisi
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşınadan necə əl çəkim?
Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?
Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi,
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?
Təbiət varlıdır, təbiət xəsis,
Işlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?
Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəklilər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan necə əl çəkim?
Həyat dedikləri bu keşməkeşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?
Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdar bir acı tufan,
Bəyaz köpükləri bir çiçək yapan
Şerdən, xülyadan necə əl çəkim?
Ulduzlar fikrimin çıraqbanıdır,
Bulud xəyalımın karıvanıdır.
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?
Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən Məcnun könlüm maraqla sordu:
—Bu saçı leyladan necə əl çəkim?
Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
—Həyat, həyat!—deyə çırpınır könül,
Könüldən, sevdadan necə əl çəkim?
Sən aldın aşını yeni hisslərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söylədim, mən bu hünərdən,
Bu təbi valadan necə əl çəkim?
13 Coment:
Salam Tabriz evladi.
Sizi Yorolmiyasiz.
Chokh gozal va yakhchi yazilariz var.
Mən bu tamaşadan necə əl çəkim?
Dozdan ki gozal yaradmishsiz.
Siza basharilar.
Halalik.
sag olasiz. gozel bir yazi idi. inshallah ki devamli olar. sag olasiz. bizi de unutmayin. yasasin elimiz
Selam. goze sheir idi. size basharilar dileyile
bu yollar hech zaman yorulmayacaq
Tebriz Evladi,
Sag olasiz cox gozel serizden otur.
Yoluzun devami olsun.
Helelik
BTW, Tebriz qizi, qadin guni sene ve ayri tebriz qizlarina da coxli mubarek ve mutlu olsun.
səlam
Qadın Günü Mübarek olsun
Gelecek Qadinlarındır
Gelecek
elimin leyeqetli qizi salam
web sayfani lezzetle oxoyoram .
menim websayfami oz linklenine Artirsan mennetdar ollam.
sene basharilar dileyirem.
hormetle : oyaq
Selam. yeni iliniz, bahar bayraminiz mubarek olsun. Bahar yurdumuza bolluq, bereket, ugur getirsin. Size de gelecek gozel gunlerden pay dushsun
باهار گلیر
کپنکلر گولدن گوله قونورلار
باهار گلیر پنجره نی باغلاما
بنوشه لر کردیمیزه دولورلار
بولاغ آخیر سن گؤزه لیم آغلاما
یئنه قالدی اوز قارالیق کؤموره
ظالیم شاختا ساراییندا گول بیتیر
ایلیق یئللر اسیر سزاق یئرینده
یاز چمنده آچیب چیچکدن چتیر
گول دردیمیز بوزا دؤنوب اریسین
خزان وورموش آرزی باغی گول آچسین
یاز گتیرسین یئنیلیگین نغمه سین
کؤنوللرده اومود دالی زوغ آتسین
گول اوچوشسون دوداق دوداق دردیمیز
سئوگی سئلی سارسین عومور یوللارین
کؤلگه لرده سارالماسین گولوموز
اسیر تورپاق دادین آلسین باهارین
***
سلام عزیز دوست و ساین سویداش
اوغوز (نوروز) بایرامینی سیزه و عائله ییزه موبارک دییره رک ، یاخشی گونلر گلنکی ایلده بیله ییزه آرزیلاییرام
Azerbayjanin leyaqetli balasi: salam
Vaxtindan gej size bash vormamin sebebi oten ilin son gonlerinde hormetli Atamin bo dunysys goz yommasi olmoshdor . bo il bayrami derin hoz ile kechirdik .bahar bayramin size ve hormeti aiilenize oqorlo olson deye arzilayiram daha barli behreli ginleriz olson . Tebriz Evladi menim linklerime artirildi. sayqilarla : oyaq
salam eziz soyashim, yorulmayasiniz ve chox sagolun,
yenice yaratdigim weblogda chalishacam guney Azerbaycan xeberlerin
latin qrafikasile yazam ve mence bu sahede boshluq varimizdir
sizi link etdim, ve eyer imkani olsa sizde menim weblogimi link ediniz
Azerbaycan Azerbaycan
http://www.tebriz-baki.com/
Yorum Gönder
<< Ana Sayfa