Tebriz Evladi

2005-11-20

Sıxıntı

qar yağdı dağlara mən sıxılmadım
dedimki bu qışın baharı vardır
dən düşdü saçıma sıxıldım axı
azalmır çoxalır neçə bahardır
...
qalmışam bilmirəm bu necə qardır?!


“Əliriza Miyanalı”

2005-11-12

Yanmışam, Yanaram

Mən seni indi də görəndə inan
Qəlbimdə döyünür dalğalı umman
Könlümü vermişdim sənə bir zaman
Könüldən qiymətli denə verərdim

Sən idin eşqimə ilk inandığım
Illərlə oduna gizli yandığım
Dünyada hər şeydən əziz sandığım
Canımı desəydin sənə verərdim

Sən əhdi peymanı unuttdunsada
Yanmışam yanaram yenə bu oda
Bir ürək vermişdim sənə dünyada
Biri də olsaydı yenə verərdim

2005-11-01

GÜLÜŞ




Qarşımda nazlanıb yenə gülürsən
Bilsən gülüşlərin nəyə bənzəyir
Mən desəm artıqdır özen bilirsən
Lalə yanağında şehə bənzəyir

Sənin gülüşlərin bir rüzgar kimi
Əsərkən ömrümün gülü açılır
Gülsə dodaqların ulduzlar kimi
Ruhuma bir sayın işıq saçılır

Sənin gülüşlerin yaz səhərində
Hissimə fikrimə sanki rəng alır
Gül ki şeirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır

Cahan ki solmayan bir bağça bağdır
Burda rəvamıdır gülmədən ölmək
Yazıq o şəxsə ki qara qabağdır
Nə qədəe yaraşır insana gülmək

“Mikayil Müşfiq”